“Rabitə”dən Yaponiyaya
17.05.2012 - 09:33
Qadın voleybolçulardan ibarət Serbiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Yaponiyanın paytaxtı Tokioda baş tutacaq Dünya Olimpiya Təsnifat Turniri üçün açıqlanan yekun siyahıda 3 “azərbaycanlı” da var.
Bunlar “Rabitə” ilə Super Liqanın qalibi olan Sanya Staroviç, Nataşa Krsmanoviç və dünya çempionlarının yeni transferi Suzana Sebiçdir.
Qeyd edək ki, mayın 19-da start götürəcək yarışda 8 yığma mübarizə aparacaq və onlardan 4-ü (1 Asiya təmsilçisi olmaq şərtilə) London-2012-yə vəsiqə qazanacaq.

0
0