“Bakı mənim üçün soyuq Polşa ilə müqayisədə daha cəlbedici məkandır” - FOTO
17.05.2012 - 09:55
“Azərreyl”in xeyrinə seçim etməzdən öncə Azərbaycanda oynamış, yaxud karyeralarını orada davam etdirən həmyerlilərimlə məsləhətləşdim”. Apasport.az saytının məlumatına görə, bunu Hollandiya milli komandasının voleybolçusu Karolina Vensink deyib.
Bakının “Azərreyl” klubunun yeni transferi keçidinə münasibət bildirib. Vensink hansı voleybolçulardan məsləhət aldığını da açıqlayıb: “Mən Azərbaycan Super Liqasını yaxşı tanıyan İnqrid Visser, Alisa Blom və Yannik van Tinendən məsləhət aldım. Bakı mənim üçün son mövsümü keçirdiyim soyuq Polşa ilə müqayisədə daha cəlbedici məkan sayılır”.
Qeyd edək ki, Vensink “Azərreyl”in baş məşqçisi Alessandro Çiappiniyə yaxşı tanışdır. Çünki hollandiyalı voleybolçunun çıxış etdiyi “Bank Fakro” italiyalı mütəxəssisin çalışdırdığı “Atom”un əsas rəqibi olub.

0
0