Bakı klublarının sabiq məşqçiləri bir-birinə rəqib oldular
17.05.2012 - 17:36
“Azərreyl”in sabiq məşqçisi Kamil Söz ötən mövsüm “Bakı”nı çalışdıran Vercesi Ancelloya rəqib olub. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının sabiq voleybolçusu Yelena Şabovtanın həyat yoldaşı Sözün adı “Fənərbaxça”nın “sükanı arxası”na keçməyə namizədlər siyahısına daxil edilib.
Belə ki, Ze Robertonun Türkiyə klubu ilə vidalaşmasından sonra hazırda “sarı-lacivərdlilər”də məşqçi kimi karyerasını davam etdirən mütəxəssisə rəhbərlik əsas postu etibar etmək istəyir. Bu təyinat əcnəbilərlə müqayisədə daha yüksək qiymətləndirilir. Çünki “Fənərbaxça”nın futbol klubuna yerli Aykut Kocamanın rəhbərlik etməsi Kamilin də vəzifəyə gətirilməsinə yol açır.
Qeyd edək ki, Kamil artıq 7 mövsümdür İstanbul klubunda çalışır. O, oraya yollanmazdan öncə isə “Azərreyl”də işləyib.

0
0