“Araz” titulunu təhvil verdi - YENİLƏNİB
19.05.2012 - 15:05
Bu gün kişi basketbolçular arasında XIX Azərbaycan çempionatının final mərhələsinin 4-cü görüşü keçirilib. Apasport.az saytının məlumatına görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Araz” və “Qala” arasında baş tutan növbəti matçla ölkənin ən güclüsünün adı müəyyənləşib.
3 qələbəyədək davam etməli olan final seriyasında 2:1 hesabı ilə rəqibini qabaqlayan Elxan Əliyevin yetirmələri bu dəfə də qalib gəlməklə, mövsümdə son nöqtəni qoyublar. Onlar Azərbaycan birinciliyinin son qızıl mükafatçılarını 82:75 hesabı məğlub edərək, çempion titulunu yenidən “Araz”dan alıblar.
Final mərhələsi, IV oyun
“Araz” - “Qala” - 75:82
Qeyd edək ki, ilk matçda “Araz” 100:85 hesabı ilə qalib gəlsə də, ikinci oyunda 79:83, ardınca isə 82:90 hesabı ilə uduzmuşdu.

0
0