Rəqibimiz Braziliya yığması ilə oynayacaq
19.05.2012 - 14:39
Qadın həndbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Belarus yığması hazırlıq proqramını açıqlayıb. Apasport.az saytının məlumatına görə, rəqibimiz qrup mərhələsinin son 2 oyunundan öncə beynəlxalq turnirə qatılacaq.
Belə ki, mayın 21-də bir araya gələcək komanda 2 gün sonra Türkiyəyə səfər edəcək. Antalyada onlar ev sahibləri ilə yanaşı (24 may), Braziliya (25 may) və İsveçlə (26 may) güclərini yoxlayacaqlar. Mayın 27-də yenidən Belarusa dönəcək yığma 3 gün sonra Almaniya ilə rəsmi oyuna çıxacaq. İyunun 3-də isə onlar macarlarla qarşılaşacaqlar.
Qeyd edək ki, Belarus həndbolçuları Azərbaycan yığmasına hər 2 oyunda qalib gəlib. Hələ də xal üzünə həsrət qalan Rəfiqə Şabanovanın yetirmələrinin də, onlar kimi Macarıstan və Almaniya ilə matçları qalıb.

0
0