“Fənərbaxça” Bakıdakı əməllərinə görə cəza təhlükəsi ilə üzləşib
22.05.2012 - 09:08
Qadın voleybolçular arasında Çempionlar Liqasının son qalibi “Fənərbaxça” qitənin ən güclüsü titulu ilə indidən vidalaşa bilər. Apasport.az saytının məlumatına görə, İstanbul nəhəngi 2012/2013 mövsümündə qitənin ən möhtəşəm turnirindən kənar qalmaq təhlükəsi ilə üz-üzə qalıb.
Belə ki, Avropa Voleybol Konfederasiyası (CEV) Türkiyə çempionatının bürünc mükafatçısını yarışa buraxmaq istəmir. Buna səbəb “Fənərbaxça”nın 2 ay öncə keçirilən “Dördlər finalı”nda yol verdiyi qayda pozuntularıdır. Məsələ ondadır ki, Bakıda təşkil olunun yarışa qatılan və orada növbəti zəfərini əldə edən istanbullular turnirin əsasnaməsinə zidd hərəkətlərə yol verib. Onlar təşkilatçıların iştirakçı komandalar, o cümlədən “Fənərbaxça” üçün ayırdığı otellərin hər hansı birində qalmaqdan imtina ediblər. Özbaşına başqa məkanı seçib, orada məskunlaşan türkiyəlilərin bu əməli CEV-in diqqətindən yayınmayıb. Bu hərəkət Çempionlar Liqasının son qalibinə yarışdan kənar qalmaq bahasına başa gələ bilər. Lakin məsələ ilə bağlı son qərar hələ verilməyib. CEV bugünlərdə məsələ ilə bağlı araşdırmalar aparıb, son qərarını açıqlayacaq.
Qeyd edək ki, onların əvəzinə “Qalatasaray”ın “wild card”la oynaması da gözlənilir.

0
0