Azərbaycan Rusiya, İtaliya, Polşa və Türkiyə ilə eyni gücdə!
22.05.2012 - 12:07
Qadın voleybolçular arasında Çempionlar Liqasının 2012/2013 mövsümündə iştirak edəcək komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) qitənin ən nüfuzlu klub yarışında yeni ildə 20 deyil, 24 komandanın oynamasına qərar verib.
Bunun üçün yarışda 15 komanda öz haqqı ilə mübarizə aparacaq ki, onlar arasında Azərbaycan çempionu “Rabitə” də var. Digər 9 iştirakçı “wild card”la Çempionlar Liqasında iştirak hüququ qazanıb. “Güzəştli kart” alanlar arasında isə yalnız Azərbaycana 2 yer verilib. Bu vəsiqələr “Azərreyl” və “Lokomotiv”in payına düşüb.
Turnirdə ən çox – 3 komanda ilə 5 ölkə mübarizə aparacaq ki, onlardan da 1-i Azərbaycandır. Belə ki, ölkəmizlə yanaşı Çempionlar Liqasında Rusiya, İtaliya, Polşa və Türkiyə ən çox klubla təmsil olunacaq.
Ümumilikdə isə yarışda 11 çempionatın aparıcı komandaları çıxış edəcək.
Çempionlar Liqasının iştirakçıları
“Rabitə” (Azərbaycan), “Kann”, “Myulhaus” (hər ikisi Fransa), “Şveriner” (Almaniya), “Yamamay”, “Villa Kortese” (hər ikisi İtaliya), “Atom”, “Tauron” (hər ikisi Polşa), “Tomis” (Rumıniya), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Uraloçka” (hər üçü Rusiya), “Srvena Zvezda” (Serbiya), “Əczaçıbaşı” və “Vakıfbank” (hər ikisi Türkiyə).
“Wild card” alanlar
“Azərreyl”, “Lokomotiv” (hər ikisi Azərbaycan), “Agel” (Çexiya), “Dresdner” (Almaniya), “Urbino” (İtaliya), “Bank Fakro” (Polşa), “Dinamo-Romprest” (Rumıniya), “Volero” (İsveçrə) və “Qalatasaray” (Türkiyə).
Qeyd edək ki, Türkiyə çempionatının 3-cü və Çempionlar Liqasının son qalibi “Fənərbaxça” yarışa buraxılmayıb. Buna səbəb onların Bakıda “Dördlər finalı”nda özbaşına otel seçmələri olub.

0
0