Çempionlar Liqasının yeni reqlamenti “apasport”da!
22.05.2012 - 13:33
Qadın voleybolçular arasında Çempionlar Liqasının 2012/2013 mövsümünün reqlamentində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyasının qərarına əsasən, yarışda komandaların sayı artırılıb.
Belə ki, yeni mövsümdən turnirə 24 klub (ötən mövsüm 20 olub) qatılacaq. Belə olan halda, komandalar hərəsində 4 klub olmaqla, 6 qrupa bölünəcəklər. Qrup mərhələsində ilk 2 yeri tutacaq kollektiv və ən yaxşı nəticəyə malik 3-cü yerin sahibi mərhələ adlayacaq.
Bu “13-lük”dən seçiləcək ev sahibi isə qrup mərhələsindən sonra “Dördlər finalı”nda rəqiblərini gözləyəcək. Digər 12 klub isə 2 mərhələli pley-offda oynayacaqlar.
Qeyd edək ki, turnirin bu formatda keçiriləcəyini ölkəmizdə ilk dəfə apasport.az saytı yazmışdı.
Çempionlar Liqasında isə ölkəmizi “Rabitə”, “Azərreyl” və “Lokomotiv” təmsil edəcək.

0
0