“Azərbaycan çempionatı təşkilatı baxımdan zəifdir”
22.05.2012 - 15:30
“Lokomotiv”in sabiq voleybolçusu Nikol Devis İtaliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”la “Çelenc Cup”ın finalında oynayan ABŞ millisinin liberosu Azərbaycan çempionatı barədə danışıb.
- Həm vətəndə, həm də xaricdə bir çox çempionatlarda oynamısız. Bunlar arasında fərqlər nədir?
- İtaliya A seriyası dünyanın ən güclü çempionatlarından biridir. Bir müddət əvvələ qədər həmin çempionatda oynamaq digərləri ilə müqayisədə daha çox çətin idi. Amma indi Azərbaycan, Türkiyə və Rusiya kimi ölkələrində çempionatı onlarla müqayisə oluna bilər. Sadaladığım ölkələrin klubları dünyanın ən yaxşı voleybolçularına İtaliya komandalarının ödədiyindən də artıq pul vermək iqtidarındadır.
- İtaliyaya gələnə kimi oynadığınız Azərbaycan Super Liqasının gücünü necə xarakterizə edərdiniz?
- “Pyaçentsa”ya qədər oynadığım son ölkə Azərbaycan idi ki, orada 2 çox güclü klubun – “Rabitə” və “Azərreyl”in olduğunu deyə bilərəm. Bu 2 komanda Avropanın nəhəngləri ilə başabaş gəlmək gücündədirlər. Azərbaycanda bundan başqa 3-4 komanda da var ki, həmin 2 güclü kluba layiqli müqavimət göstərir. Amma ümumilikdə Azərbaycan Super Liqası təşkilatı baxımdan zəifdir. Orada məşq və hazırlıq, oyuna kökləmə üslubu da tam fərqlidir. Voleybolçu daha çox özünü qələbəyə kökləməli olur. İtaliyada isə hər məşqdə oyundakı kimi böyük təcrübə qazanırsan.
- Bəs Azərbaycanı tərk etməyinizə səbəb nə oldu?
- İtaliyada hər oyun aspekti daha güclüdür. Bu da gəlişimin əsas səbəblərindən biridir.
- Azərbaycan və İtaliya çempionatları arasında fərq böyükdürmü?
- İtaliyada çempionatı 8-ci yerdə başa vuran komanda Azərbaycan, eləcə də Fransa çempionatlarında daha yüksək yerlər tutan klubla qarşılaşsa, onu məğlub edər. Digər liqalardan fərqli, A seriyasında asan oyun olmur.
- Azərbaycanı tərk edərkən, məhz “Pyaçentsa”nı seçməyə nə səbəb oldu?
- İtaliya çempionatında oynamaq mənim arzum idi. Çünki A seriyasını dünyanın ən güclülərindən sayıram. Azərbaycandakı klubumla müqaviləm bitən kimi İtaliyadan aldığım ilk təklifi dəyərləndirməyə qərar verdim. Bu da Pyaçentsa təmsilçisi oldu.
- “Pyaçentsa”nın digər klublardan üstünlüyünü nədə görürsüz?
- Əksər klublarda rəhbərlik voleybolçuların qarşısında tələb qoyur ki, meydan çıxıb qalib gəlməlisiz. Özü də oyunun taleyinin 3 setdə həll olunmasını istəyirlər. İtaliyada da belə şeylərin olduğu haqda çox eşitmişdim. Hətta Azərbaycanda da belə şeylər olur ki, qalib gələndə yaxşı oynadığımızı deməyib, buna adi hal kimi baxırlar. Lakin “Pyaçentsa”da bu cür deyil. Azarkeşlər daim oyunlarımıza gəlir, bizə tam dəstək göstərir. Bu isə çox əladır.

0
0