Yığmamızın oyunçusu Gürcüstan çempionatında 3-cü oldu
23.05.2012 - 08:49
“Kutaisi-2010” klubunun heyətində çıxış edən Azərbaycan yığmasının basketbolçusu Zaur Paşayev bu komanda ilə ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimizin şərəfini qoruduğu Kutaisi təmsilçisi Gürcüstan çempionatında 3-cü yer uğrunda matçda “Suxumi”dən üstün olub.
Onlar rəqiblərini 71:64 hesabı ilə məğlub edərək, çempionatın bürünc mükafatına yiyələniblər.
Qeyd edək ki, “Kutaisi-2010” yarımfinalda “Olimp”ə uduzmuşdu.
Onlar rəqiblərini 71:64 hesabı ilə məğlub edərək, çempionatın bürünc mükafatına yiyələniblər.
Qeyd edək ki, “Kutaisi-2010” yarımfinalda “Olimp”ə uduzmuşdu.
0
0