Azərbaycan millisi ev oyunlarını harada keçirəcək?
23.05.2012 - 13:01
Azərbaycan millisi ev oyunlarını harada keçirəcək?
Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatında ev oyunlarını keçirəcəyi arena müəyyənləşib. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan komandamız rəqiblərini “Sərhədçi” Olimpiya Mərkəzində qəbul edəcək.

Oyunların hamısı saat 19:00-da başlayacaq.

Qeyd edək ki, komandamız Almaniya, Bolqarıstan, İsveç və Lüksemburq yığmaları ilə qüvvəsini sınayacaq.