“Hər oyunda bu qədər qol imkanı olmur”
24.05.2012 - 09:07
“Hər oyunda Azərbaycanla matçdakı qədər qol imkanı əldə etmək olmur. Rəqibin kimliyindən asılı olaraq belə imkanların sayı daha məhdud da ola bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Yaponiya yığmasının baş məşqçisi Alberto Zakkeroni deyib.
İtaliyalı mütəxəssis Azərbaycan yığması ilə mayın 23-də keçirilən yoldaşlıq oyunu haqda fikirlərini açıqlayıb. O, yetirmələrinin 2:0 hesablı qələbəsinin daha böyük fərqlə olmamasından narazı qalıb: “Ona görə də əldə olunan qol epizodlarında daha dəqiq olmaq lazımdır. Yetirmələrim həm sağ, həm sol cinahda. Həm də mərkəzdə nəyə qadir olduğunu göstərə bildilər. Hətta ucaboy rəqiblə hava mübarizələrində də üstün oynadılar. Bu isə bizim üçün böyük üstünlükdür”.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0