Azərbaycan çempionları London-2012-yə lisenziya qazandılar
28.05.2012 - 11:03
Azərbaycan çempionları London-2012-yə lisenziya qazandılar
Qadın voleybolçular arasında Yaponiyada keçirilən Dünya Olimpiya təsnifat turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 8 komandanın iştirakı ilə baş tutan yarışda Rusiya, Cənubi Koreya, Serbiya və Yaponiya yığmaları London-2012-yə lisenziya qazanıblar.

Möhtəşəm Oyunlara vəsiqə qazanan 4 millidə isə 3 “azərbaycanlı” bu sevinci yaşayıb. Bunlar “Rabitə” ilə Super Liqanın qalibi olan Sanya Staroviç, Nataşa Krsmanoviç və dünya çempionlarının yeni transferi Suzana Sebiçdir.

Beləliklə, London Yay Olimpiya Oyunlarında ABŞ, İtaliya, Çin, Dominikan Respublikası, Türkiyə, İngiltərə, Braziliya, Yaponiya, Serbiya, Rusiya, Cənubi Koreya və Əlcəzair yığmaları qüvvələrini sınayacaqlar.