Argentina yığmasında yeganə “azərbaycanlı” - FOTO
28.05.2012 - 12:28
Argentina yığmasında yeganə “azərbaycanlı” - FOTO
Qadın voleybolçular arasında Argentina milli komandasının yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Horasio Bastitin Qran-pri üçün müəyyənləşdirdiyi siyahıda 1 “azərbaycanlı” da yer alıb.

Bu, “Lokomotiv”in voleybolçusu Lusia Qaidodur. O, komandada yeganə liberodur.

Qeyd edək ki, Qaido “dəmiryolçular”la “Çelenc Cup”a sahib olub və Super Liqanın gümüş medalını qazanıb.