Paola Kardullo “Azərreyl”ə gəlmədi
28.05.2012 - 14:55
Paola Kardullo “Azərreyl”ə gəlmədi
İtaliyalı libero Paola Kardullonun “Azərreyl”ə keçidi baş tutmayacaq. Apasport.az saytının məlumatına görə, Fransanın “Kann” klubunun şərəfini qoruyan 30 yaşlı voleybolçu karyerasını vətənində davam etdirməyə qərar verib.

Kardullo “Villa Kortese” ilə artıq bütün məsələlərdə razılığa gəlib və bu günlərdə rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, yeni mövsümdə də Çempionlar Liqasında mübarizə aparacaq “dəmiryolçular”ın Azərbaycan milli komandasının liberosu Valeriya Korotenkonu heyətində saxlayacağı da istisna edilmir.