Macarıstan millisi Bakıya 12 nəfərlə gəlir
28.05.2012 - 17:03
Macarıstan millisi Bakıya 12 nəfərlə gəlir
Qadın həndbolçulardan ibarət Macarıstan yığması Bakıya gətirəcəyi heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Erik Karl Böhn Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyunda güvənəcəyi idmançıları müəyyənləşdirib.

O, siyahıya 12 nəfərin adını daxil edib. Bunlar Yeva Kiss, Zita Zuksanski, Melinda Vinçze, Anita Bulaz, Valeriya Sabo, Orsolya Herr, Anita Görbiç, Katalin Palinger, Viktoriya Redey, Klara Zekereş, Monika Kovaşiç və Susanna Tomoridir.

Qeyd edək ki, ilk oyunda Azərbaycan yığmasına 41:19 hesabı ilə qalib gələn macarlar 6 xala malikdirlər və Almaniya ilə ilk 2 pilləni bölüşürlər. Rəfiqə Şabanovanın yetirmələri isə keçirdiyi 4 qarşılaşmada məğlubiyyətə üzülüb.

Azərbaycan – Macarıstan qarşılaşması mayın 30-da ABU-Arenada keçiriləcək.