“Digər Bakı klubları da məni istəyir” - MÜSAHİBƏ
29.05.2012 - 10:39
“Digər Bakı klubları da məni istəyir” - MÜSAHİBƏ
“Lokomotiv” klubunun voleybolçusu İvana Miloş Xorvatiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”la “Çelenc Cup” turnirini qazanan hücumçu gələcək karyerasına aydınlıq gətirib. O, müsahibəsində “Lokomotiv”lə müqaviləsinin bitməsinə baxmayaraq, yeni ildən də Azərbaycanda qalmağın əleyhinə olmadığını deyib.

- Yeni mövsüm yenə Azərbaycanda oynayacaqsız?
- Böyük ehtimalla, yenidən Azərbaycanda çıxış edəcəyəm. Bu məsələ demək olar 90 faiz həll olunub.

- Amma “Lokomotiv”lə müqaviləniz başa çatıb. Yenidən bu komandanın şərəfini qoruyacaqsız?
- Düzdür, başqa variantlarım da var. Bunlar arasında ötən mövsüm oynadığım “Lokomotiv” də yer alır. Amma digər Bakı klubları da məni heyətlərində görmək istəyirlər.

- Yəqin ki, ağır mövsümdən sonra istirahət edirsiz...
- Bəli. Amma indi fərdi məşqlərə başlamışam. Yığmadakı komanda yoldaşım Sanya Popoviçlə hazırlıq keçirik.

- Səhv etmiriksə, Popoviçin gələcək karyerasına aydınlıq gəlib...
- Bəli. Sanya Polşanın “Bank Fakro” klubuna transfer olunub.

- Bəs siz yeni komandanızın adını nə vaxt açıqlayacaqsız?
- Yaxın günlərdə yekun qərarımı verəcəyəm. Bundan sonra harada oynayacağım bilinəcək. Özümü Azərbaycanda xoşbəxt hiss edirəm. Ardıcıl 3-cü mövsüm orada çıxış etməyin əleyhinə deyiləm.