Lüksemburq - Azərbaycan matçının məkanı müəyyənləşdi
29.05.2012 - 11:56
Kişi basketbolçular arasında Avro-2013-ün seçmə qrup mərhələsində Azərbaycan milli komandasının rəqibləri yığmamızı qəbul edəcək arenaların adlarını açıqlayıblar. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri ilk matçlarını Lüksemburqla paytaxtda qarşılaşacaqlar.
Belə ki, Lüksemburq şəhərində baş tutacaq qarşılaşma (15 avqust) “Centre National Sportif & Culturel d Coque”da təşkil ediləcək. İsveç isə komandamızla Borasda oynayacaq. Bu matç (21 avqust) “Boröshallen” arenasında olacaq. Bolqarlar da millimizi əyalət – Samokova aparacaqlar. Onlar Elxan Əliyevin yetirmələri ilə “Arena Samokov”da münasibətlərinə aydınlıq gətirəcəklər (2 sentyabr).
Almaniya millisi isə basketbolçularımızı Oldenburqda qəbul edəcək (11 sentyabr). Görüş isə “EWE Arena”da keçiriləcək.
Qeyd edək ki, yığmamız rəqibləri ilə “Sərhədçi” Olimpiya Mərkəzində qarşılaşacaq.

0
0