Yığmamız yenə uduzdu - YENİLƏNİB
30.05.2012 - 17:55
Bu gün qadın həndbolçulardan ibarət Azərbaycan millisi Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində sonuncu ev oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, komandamız səfərdə 19:41 hesabı ilə uduzduğu Macarıstan yığmasını sınağa çəkib.
Gözlənildiyi kimi, hələ də xal üzənə həsrət qalan millimiz yenə qələbə qazana bilməyib. İlk hissədə 9:14 hesabı ilə məğlub olan Rəfiqə Şabanovanın yetirmələri yekunda 24:34 hesabı ilə uduzublar.
AZƏRBAYCAN – MACARISTAN - 24:34
Bakı, ABU-Arena
Qeyd edək ki, Azərbaycan qrup mərhələsinin sonuncu oyununu səfərdə Almaniya yığmasına qarşı keçirəcək.

Macarıstan | 5 | 4 | 0 | 1 | 146-117 | 8 |
---|---|---|---|---|---|---|
Almaniya | 4 | 3 | 0 | 1 | 110-78 | 6 |
Belarus | 4 | 2 | 0 | 2 | 108-101 | 4 |
Azərbaycan | 5 | 0 | 0 | 5 | 105-173 | 0 |
Qeyd edək ki, Azərbaycan qrup mərhələsinin sonuncu oyununu səfərdə Almaniya yığmasına qarşı keçirəcək.
0
0