Dünya çempionatına 2 şahmatımız gedir
30.05.2012 - 11:41
Dünya çempionatına 2 şahmatımız gedir
Sabah Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında sürətli və blits növləri üzrə dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, iyunun 5-nə kimi davam edəcək yarışda Azərbaycan 2 zəka sahibi ilə təmsil olunacaq.

Yığmamızın heyətində Gülnar Məmmədova (2345) və Nərgiz Umudova (2231) yer alacaq. Çempionatın reytinq-favoriti isə rusiyalı Anna Muziçukdur (2598).

Yarışın təqvimi

Sürətli
31 may – 1-3-cü turlar
1 iyun – 4-6-cı turlar
2 iyun – 7-9-cu turlar
3 iyun – 10-11-ci turlar

Blits
4 iyun – 1-8-ci turlar
5 iyun – 9-15-ci turlar

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 100 min ABŞ dollarıdır. Sürətli şahmatda qalib 12 min, blitsdə 10 min dollar irəli düşəcək.