“Yenə də ümidini üzməyib, Litvadan dəvət gözləyir” - FOTO
30.05.2012 - 15:48
“Yenə də ümidini üzməyib, Litvadan dəvət gözləyir” - FOTO
Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası Avro-2013-ün seçmə qrup mərhələsi üçün yekun heyətini hələ müəyyənləşdirməyib. Bu barədə apasport.az saytına Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas verib.

Heyətin Avropa Basketbol Federasiyasına göndərilməməyinin əsas səbəblərindən biri Litvada vətəndaşı olan azərbaycanlı Rolanda Əliyevin son qərarını verməməsidir. Belə ki, 26 yaşlı basketbolçu bu ölkənin yığmasından dəvət gözləyir. Əslində onun adı 1 ay öncə ilkin heyətə daxil edilmişdi. Lakin son anda Əliyevdən imtina olundu. Basketbolçu az öncə belə hal yaşanacağı halda, Azərbaycan millisini seçəcəyini desə də hələ bu məsələ həllini tapmır.

Türknas bildirib ki, onunla danışıqlar getsə də, bəzi problemlər də var: “Bəli, biz onunla danışıqlarımızı davam etdiririk. Lakin Rolanda hələ son qərarını verməyə tələsmir. Yenə də ümidini üzməyib, Litvadan dəvət gözləyir. Amma onun komandamıza gəlişində problem də var. Bu, Əliyevin Litvanın gənclərdən ibarət millisində oynamasıdır”.