Nataşa Osmokroviç: Ona heyranam - MÜSAHİBƏ
31.05.2012 - 23:05
“Rabitə” ilə dünya və Azərbaycan çempionu olan, növbəti mövsümdən Moskva “Dinamo”sunun şərəfini qoruyacaq Nataşa Osmokroviç Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı voleybolçu keçidinə münasibət bildirib.
- Niyə Moskva “Dinamo”sunu seçdiniz?
- “Dinamo” Avropada hörmətli, zəngin tarixə malik, böyük iddiaları və maksimal vəzifələri olan klubdur. Bu, mənəvi cəhətdən mənə çox yaxındır. Bundan başqa, mənim xidmətimdə maraqlı idilər və təklifləri cəlbedici oldu.
- Əvvəllər “Dinamo”ya qarşı oynamısız?
- Bir neçə dəfə. Bu İtaliyanın “Novara” və Türkiyənin “Fənərbaxça” klublarının şərəfini qoruğum zaman baş verib. Həmin matçlarda “Dinamo”ya qalib gəlmək heç də asan deyildi. Xüsusilə, 2006-cı ildə Moskvada keçirilən “Top-komandalar” kubokunun finalı yadımda qalıb. Onda “Novara” mənim yeni komandama qalib gəlmişdi. Yəqin ki, “Dinamo” rəhbərliyi o vaxtda da mənə göz qoymuşdu (gülür).
- Rusiyada uyğunlaşma prosesi çətin olmayacaq ki? Moskvaya ailənizi də gətirəcəksiz?
- İdmançı ömrü çox intensiv keçir. Yeni ölkələr, dillər, qida, mədəniyyət və adət-ənənələr bizim üçün adi bir şeydir. Mənim belə dəyişikliklər xoşuma gəlir. Ona görə də inteqrasiya ilə bağlı heç vaxt problemim olmayıb. Bundan başqa, Rusiyanı mənim üçün Türkiyə və Azərbaycan kimi tanış olmayan ölkə adlandırmaq olmaz. Gənclik illərində mən bu ölkədə toplanışlarda çox olmuşam. O vaxt komandaya əfsanəvi Nikolay Karpol rəhbərlik edirdi. Biz tez-tez “Uraloçka” ilə birlikdə məşq edirdik. Xorvatiya və Rusiya yığmaları da çoxlu birgə hazırlıq keçiblər. Əminəm ki, adaptasiya ilə bağlı problem olmayacaq. Ailəm də Moskvada yaşayacaq. Çünki biz heç vaxt ayrılmırıq.
- Yayda Rusiya klubları bir sıra toplanışlar keçirlər. Siz mövsümə necə hazırlaşırdınız?
- Mən hazırlığa komanda toplanışlarının başlanmasına 1,5-2 ay əvvəldən start verirəm. Həyat yoldaşım – Dəmir Kolej fiziki hazırlıq üzrə peşəkar məşqçidir. O, hər il mənim üçün bütün faktorları nəzərə almaqla, fərdi hazırlıq proqramı tərtib edir. Buna görə də həmişə mövsümə yaxşı formada başlamışam.
- Siz dünyada ən sabit top qəbuledən voleybolçulardan birisiz. Bu sizdə necə alınır?
- Burada əsas odur ki, uşaqlıq vaxtında ilk məşqçilər topu qəbuletmə texnikasını necə öyrədiblər. Sonradan isə top qəbulunun sabitliyi çoxillik məşqlərdən, özünə inamdan və fiziki durumdan asılıdır.
- Klub səviyyəsində demək olar hər bir mükafatı qazanmısız. İndi sizin üçün motivasiya nədir?
- Bir balaca düzəliş vermək istəyirəm. Mən hələ Rusiya çempionatının və Çempionlar Liqasının qalibi olmamışam (gülür). Buna görə də motivasiyam çox güclüdür.
- Sizinlə 90-cı illərin sonunda birgə oynayan İrina Kirilova 45 yaşında voleybola qayıdıb, “Uraloçka”ya Rusiya çempionatının bürünc mükafatını qazanmağa kömək etdi. Özünüzü onun yerində təsəvvür edə bilərsizmi?
- Mən ona heyranam və çox şadam ki, 45 yaşında oyundan zövq alır və yüksək səviyyə nümayiş etdirir. Həmçinin, Lyubov Sokolovanın 40 yaşında libero kimi oynayacağı haqda sözlərini də oxumuşam. Lakin bu qədər çox oynamağa çalışmıram. Mənim voleyboldan sonrakı həyatımla bağlı planlarım da var. Lakin bu hələ sirdir.
- Xorvatiya yığmasından niyə getdiniz?
- Millidən getməzdən öncə mən Xorvatiyaya 3 dəfə Avropa çempionatlarının gümüş medallarını qazanmağa kömək etdim. Yığmadan getməyimin səbəbi oğlumun dünyaya gəlməsi oldu. Voleybolda mövsüm ilboyu davam edir və heç olmasa, yayda ailəmlə birlikdə olmaq istəyirdim.
- Bəs London-2012-də favorit kim olacaq?
- Londonda qələbəyə bir çox komandalar iddialıdır. Demək olar ki, dünya voleybolunda çoxdan belə güclü rəqabət yox idi. Heç kimi xüsusi qeyd etmək istəmirəm, qoy güclü olan qalib gəlsin.

0
0