“Azərreyl”in növbəti transfer bombası: Yeon Kinq Kim də gəlir
31.05.2012 - 23:01
“Azərreyl”in növbəti transfer bombası: Yeon Kinq Kim də gəlir
“Azərreyl” növbəti transfer bombasını partlatmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, yeni mövsüm üçün super heyət yığmağı planlaşdıran “dəmiryolçular” Cənubi Koreya yığmasının voleybolçusu Yeon Kinq Kimlə prinsipcə anlaşıblar.

“Azərreyl”dən fantastik təklif alan, “Fənərbaxça”nın heyətində Çempionlar Liqasının qalibi və Bakıda keçirilən “Dördlər finalı”nın ən yaxşısı seçilən 24 yaşlı voleybolçunun tezliklə müqaviləyə imza atması gözlənilir. “Sarı-lacivərdlilər” isə 192 sm boya malik hücumçunu heyətində saxlamaq üçün bütün güclərini səfərbər ediblər.

Qeyd edək ki, “Azərreyl”dən Kim üçün 1,2 milyon avroluq müqavilə təklif olunub.