Yığmamız üçün portuqaliyalı
01.06.2012 - 10:24
Yığmamız üçün portuqaliyalı
Qadın həndbolçular arasında Avro-2012-nin seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Almaniya - Azərbaycan yığmalarının oyunlarını idarə edəcək hakimlər briqadası məlum olub. Apasport.az saytının məlumatına görə, iyunun 3-də Rotenburq şəhərində baş tutacaq qarşılaşmaya baş hakim kimi portuqaliyalı İvan Kakador təyinat alıb. Ona köməkliyi isə həmyerlisi Euriko Nikolau edəcək.

Qeyd edək ki, bu matçla qrup mərhələsinə yekun vurulacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.