Pelin Çelik: Hazırda ancaq tətili və istirahəti düşünürəm
03.06.2012 - 16:15
“Legioner həyatı yaşamaq həqiqətən mənim üçün çox gözəl bir təcrübə oldu. Ailəmdən kənarda qalsam da, heç bir sıxıntı yaşamadım”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə yığmasının sabiq voleybolçusu Pelin Çelik deyib.
Son mövsümdə Azərbaycanın “Rabitə”, “Azəryolservis” və “Azərreyl” klublarının şərəfini qoruyan, birincilərlə dünya çempionu olan 30 yaşlı oyun qurucusu karyerasını yenidən ölkəmizdə davam etdirə bilər. O, bunu türkiyəli həmkarlarımıza açıqlamasında deyib: “Qarşıdakı mövsüm üçün yenidən ölkə xaricindən, Azərbaycandan və İtaliyadan təkliflər almışam. Hazırda sadəcə tətili və istirahəti düşünürəm. Bu təkliflərlə menecerim məşğul olur. Yaxın günlərdə bir araya gəlib, mənim üçün ən xeyirli ola biləcək komandanı seçəcəyik”.
Çelik, həmçinin 275 dəfə heyətində meydana çıxdığı Türkiyə yığmasının London Olimpiadasına lisenziya qazanmasını tarixi uğur adlandırıb və bunun üçün çox sevindiyini deyib.
Qeyd edək ki, “Rabitə”nin formasını dünya çempionatında geyinən Pelin daha sonra “Azəryolservis”ə transfer olunub və Super Liqanın I dövrəsini bu klubda oynayıb. Bu ilin yanvarından mövsümün sonuna kimi isə “Azərreyl”in şərəfini qoruyub.

0
0