“Azərbaycan yaşamalı, gəzməli, görməli ölkədir”
05.06.2012 - 23:01
“Rabitə” klubunun yeni transferi, Kolumbiya yığmasının voleybolçusu Madeleyne Montanonun apasport.az saytına müsahibəsi
- “Rabitə”yə transferinizi necə dəyərləndirərdiniz?
- Bu komandaya qoşulmaq böyük şərəfdir. Çox sevinirəm ki, “Rabitə” mənə inanaraq, heyətə cəlb edib. Mən də məsuliyyətimi və klubun iddialarını yaxşı dərk edirəm.
- Yəqin ki, peşəkar voleybolçu və dünya rekordçusu kimi Azərbaycan gələnədək digər klublardan təklif almısız. Məhz “Rabitə”ni seçməyiniz nə ilə bağlıdır?
- “Rabitə”ni seçməyim Avropada çıxışımla bağlı bir çağırışdır. Düzdür, bir çox klublardan təkliflər almışdım. Peşəkarlığı nəzərə alaraq, komandaların adlarını çəkməyəcəyəm. Lakin Yaponiya, Braziliya, Türkiyə, İtaliya və oynadığım Cənubi Koreyada məni heyətlərində görmək istəyənlər çox idi. “Rabitə”nin məqsədi isə çox böyükdür, Çempionlar Liqasında və dünya çempionatında oynayacağıq. Mənim də məqsədim, hədəfim var: irəli getmək və qalib olmaq. Bu isə “Rabitə”də var. Seçimim də bununla bağlıdır.
- 7 nömrəli formanı seçməyiniz nədən irəli gəldi? Bunun hansısa inancı varmı?
- Mən adətən 3 nömrəli formanı geyinmişəm. Lakin Koreyaya transfer olduqdan sonra “7”ni seçdim və bu mənə çox uğurlu oldu. Həmin nömrə altında orada 3 dəfə çempion olub, eyni sayda ən dəyərli voleybolçu seçildim.
- Siz 1 oyunda 54 xal toplamaqla dünya rekordçususunuz. Amma buna Avropada deyil, Asiyada nail olmusuz. Burada da belə məhsuldarlıq nümayiş etdirə biləcəksizmi?
- Azərbaycana gələnə kimi Yunanıstanda da oynamışam. Amma Cənubi Koreya çempionatının heç də zəif olduğunu demək olmaz. Orada da ulduzlar çıxış edir. Yəni Koreyada bu qədər xal yığmağın asan olmasını düşünməyin. Fikirləşin, orada mən hücumda olarkən qarşımda 3 blok olurdu və digər komanda yoldaşlarım məni sığortalayırdı. Burada da gözəl oyun planlaşdırıram. Yəni, komanda oyunu olan yerdə uğur da olur.
- “Rabitə”nin əsas voleybolçularından sayılan Mira Qoluboviç kimi siz də dioqnal voleybolçusuz. Bu səbəbdən ikinizdən birinizin ehtiyatda qalması istisna deyil...
- Mən komandaya gələndə əgər kimləsə rəqabət aparacağımı düşünürəmsə, bu o deməkdir ki, klubu dağıtmağa gəlirəm. Lakin bu, heç də belə deyil. Komandanın üzvləri hamısı çox yaxın olmalıdır və bu da nəticəyə yaxşı təsirini göstərməlidir.
- Koreyada, ümumiyyətlə Uzaq Şərqdə yaşamaq hər hansı voleybolçu üçün uzunmüddətli olmur. Siz isə orada 3 mövsüm oynamısız. Yəni fərqli mentalitet, fərqli mədəniyyət, fərqli qida sizin uyğunlaşmanız üçün hansısa çətinlik yaratmadı ki?
- Orada çətinlik çəkdiyimi deyə bilmərəm. Əksinə, mən çox sevinirəm ki, orada həm insan kimi, həm oyunçu kimi inkişaf elədim və orada qalmaq mənim üçün çox xoş idi. Bir insan kimi özüm də daima yeniliklərə, yeni çağırışlara, yeni məqsədlərə doğru getməyi xoşlamışam. Oraya getdim, orada insanlar, komanda yoldaşlarım mənə kömək etdilər, bir ailə şəklində çalışdıq. Əsas da odur ki, Koreyada nailiyyətlər qazandım.
- Azərbaycan və Super Liqamız barədə nə bilirsiniz, hansı məlumatlara maliksiz?
- Azərbaycan voleybolu müəyyən illərdir belə güclü təşkil olunmağa başlayıb və kifayət qədər yüksək səviyyədədir ki, qısa müddətdə layiqli uğurlar əldə olunub. Azərbaycan çempionatının bu yerə gəlməsində, bizim klubun da əməyi var. Hazırda Super Liqa güclü çempionat hesab olunur, hörmət olunan bir yarışdır və bir çox oyunçu üçün burada oynamaq xoşdur. Azərbaycan haqda o qədər məlumatım isə yox idi. “Vikipedia”dan oxudum, “Avrviziya”ya baxırdım, şəhəri izləyirdim. Buraya gəlməmişdən çox arzulayırdım o yerləri gəzim, həmin yerlərdə şəkillər çəkdirim. Peru yığmasının voleybolçusu Yelena Keldibekova “Lokomotiv”də, sonra Mariya Fernandez “İqtisadçı”da oynamışdılar. Onlarla Azərbaycan barədə danışmışam. Hər biri çox razıdırlar və təəssüratları çox xoş idi.
- Bakı barədə ilk təəssüratlarınız necədir?
- Burada o qədər təəccüblənməyə vaxtım olmadı. Çünki mən “Avroviziya”nı izlədikdən sonra Bakı barədə müəyyən təəssüratlarım var idi. İnsanları çox qonaqpərvər və açıqdır. Düşünürəm ki, Azərbaycan həqiqətən də yaşamalı, gəzməli, görməli bir ölkədir. İlkin təəssüratlarım bunlardır.
- Azərbaycanda oynayacağınız müddətdə ailə üzvləriniz də Bakıda yaşayacaq, yoxsa vətəndə qalacaqlar?
- Bəli, ailəliklə Azərbaycanda yaşayacağıq. Həyat yoldaşım və 5 yaşlı uşağım mənimlə birlikdə burada olacaqlar.
- Bu ildən Avropada çıxış edəcəksiz. Ümumiyyətlə, transferlərlə və klublarla maraqlanmısızmı ki, hansı komanda əsas rəqibiniz ola bilər?
- Ola bilər ki, hər hansısa bir komanda fikrindən keçsin, lakin “Dördlər finalı”na kimi onunla görüşməyəsən. Mərhələ-mərhələ baxacaqsan ki, hansı komanda ilə oynamaq ehtimalın var, rəqiblərini də analiz edəcəksən.
- Sizin fiziki göstəriciniz çox yüksəkdir. Məsələn, hücumda effektliyinizlə yanaşı, sıçrayışınız, daha hündürdən vurduğunuz zərbələrlə həmişə diqqət mərkəzindəsiz. Qadın voleybolunda 338 sm-dən hücuma keçmək mükəmməldir... 186 sm boya malik olsa da, 195 sm-lik voleybolçunun fiziki göstəricilərini göstərirsiz... Buna nəyin sayəsində nail olmusuz?
- Mən bunun üçün çox çalışıram, əlimdən gələni edirəm. Səbəb də məncə bu və orqanizmimin, bədənimin mənə verdiyi üstünlüklərdir.
- “Rabitə” ötən il heyətində çıxış etmiş bir neçə voleybolçu ilə yollarını ayırıb. Siz onlardan hansını heyətdə görmək istərdiniz? Həmin voleybolçu Natalya Məmmədova ola bilərdimi?
- Mən də Məmmədovanın komandamızda olmasını istəyirdim və elə də təxmin etmişdim. Amma ola bilər ki, hərdən insanın mühiti dəyişməsi lazımdır. Bəlkə də onun indi yeni istəyi, məqsədi var.
- Kolumbiya yığmasının güclü voleybolçularından biri, bəlkə də birincisiz. Millinizin lazımı uğurlara imza ata bilməsini nə ilə izah edərdiniz?
- Bizim yığmamızda yaxşı oyunçular çoxdur. Deməzdim ki, mən ən güclüsüyəm. Yalnız təşkilatçılıq zəifdir, federasiya lazımı dəstəyi göstərmir.
- Ən yaxşı olmağınızı ona görə deyirəm ki, komandanız Cənubi Amerika qitəsi üzrə London Olimpiadasına Təsnifat Turnirində lisenziya qazanmasa belə, siz yarışın bombardiri seçildiniz...
- Düzdür, biz Braziliyaya 3:0 hesabı ilə uduzsaq da, həmin oyunda 17, Peru ilə 37, Venesuela ilə matçda 34 xal topladım. Bəlkə də bu ondan irəli gəlir ki, Cənubi Amerika, Asiya və ya Avropa voleybolunun yaxşı oyun üçün fərqi yoxdur.
- Təsnifat turnirinin yarımfinalında isə Peruya 2:3 hesabı ilə uduzdunuz. Halbuki həlledici setdə irəlidə idiniz. Qalib gəlmənizə nə mane oldu?
- Təcrübəsizlik deyərdim. Çünki 4 oyunçumuzun 16-17 yaşı var idi. Əsas oyunçularımızın bəziləri zədələnmişdi. Yəni bu gözlənilən nəticə idi. Sadəcə 4 xal öndə olarkən hakimin 2 səhvi və yekunda qalib gələ bilməməyimizə təəssüflənirəm.

0
0