Çempionlar Liqasına yollanan komandamızda ilk müqavilə - FOTO
06.06.2012 - 12:32
Çempionlar Liqasına yollanan komandamızda ilk müqavilə - FOTO
Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” voleybol klubu bu gün yeni baş məşqçisi Pyotr Xilko ilə rəsmi müqaviləyə imza atıb. Apasport.az saytının məlumatına görə, 2012/2013 mövsümündə Bakı təmsilçisini çalışdıracaq belaruslu mütəxəssislə 1 illik razılaşma əldə olunub. O, komandanı qələbələrə daşıyacağı halda müqavilənin müddəti uzadıla da bilər.

Yeni baş məşqçinin qarşısına şərt kimi Çempionlar Liqasında uğurlu çıxış və Azərbaycan Super Liqasında yenə mükafatçılar sırasına düşmək qoyulub.

Qeyd edək ki, 47 yaşlı Xilko son ildə Rusiyanın “Avtador-Metara” komandasında işləyib. Yeni mövsüm üçün ilk müqaviləsini rəsmiləşdirən “Lokomotiv” hələ heç bir voleybolçu ilə anlaşmayıb.