Seriya qırıldı, rekord təkrarlandı - ARAŞDIRMA
07.06.2012 - 16:58
Azərbaycan voleybolu tarixində ikinci dəfə ölkəmiz CEV kubokunda 1-dən artıq komanda ilə təmsil olunacaq. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən püşkatma zamanı “Bakı” və “İqtisadçı”nın qitənin ikinci dərəcəli klub turnirində mübarizəyə başlayacağı məlum olub.
Birdən-birə 2 komandamızın bu yarışa qatılması isə indiyədək yalnız 1 dəfə qeydə alınmışdı. Bu da 2009/2010 mövsümündə gerçəkləşmişdi ki, onda Azərbaycanın 2 ən nəhəng klubu - “Rabitə” və “Azərreyl” həmin turnirdə iştirak etmişdi. 3 il öncə gerçəkləşən həmin rekord zamanı “Azərreyl” 3-cü dəfə yarışa qatılmaqla, Azərbaycanın CEV kubokunda ən çox iştirak edən komandası olmuşdu. Eyni ildə 2-ci dəfə analoji yarışda qüvvəsini sınayan “Rabitə” kimi “İqtisadçı” da artıq 2-ci dəfə CEV kubokunda mübarizəyə başlayacaq.
Bu 3 komanda – “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” digərlərindən çox bu yarışa qatılıb. Ən yaxşı nəticə “Azərreyl”ə məxsusdur. Faiq Qarayevin yetirmələri 10 il əvvəl, bu turnir “Top-komandalar” adlanarkən qızıl medallara layiq görülüb.
Bundan başqa, turnirdə daha 2 mükafatımız var. “Bakı Məişət Kondisionerləri Zavodu”nun voleybolçuları 1992/1993 mövsümündə finalda oynayaraq, ikinci yerlə kifayətləniblər. Bu klub kimi “Rabitə” də CEV kubokunda fəxri kürsüdə yer alıb. Onlar 2 il əvvəl bürünc medal qazanmışdılar. Bu yarışda debüt edəcək “Bakı” isə qitənin ikinci dərəcəli klub turnirində çıxış edən 5-ci komandamız kimi tarixə düşəcək.
Avrokuboklara CEV kubokundan başlayan təmsilçilərimiz
1992/1993 – BMKZ
2001/-2002 – “Azərreyl”
2007/2008 – “Rabitə”
2008/2009 – “Azərreyl”
2009/2010 – “Azərreyl”, “Rabitə”
2010/2011 – olmayıb
2011/2012 – “İqtisadçı”
2012/2013 – “Bakı”, “İqtisadçı”
Qeyd: bu turnir 1972-ci ildən 2000-ci ilə qədər Kuboklar Kuboku, 2000-2007-ci illərdə “Top komandalar”, son 5 ildə isə CEV kuboku adlanır.
Son 2 ildə Azərbaycana gətirilən “Çelenc Cup” isə bu dəfə təmsilçilərimiz olmadan başlayacaq. Axırıncı 4 mövsümdə daim eyni yarışda iştirak etsək də, bu dəfə klublarımız yalnız uğursuzluğa düçar olacaqları halda CEV kubokundan buraya keçə bilərlər. Bu da yalnız onların 1/16 final mərhələsində uduzacaqları təqdirdə mümkündür (belə hallara əvvəlki illərdə təsadüf olunub).
Mübarizəyə əvvəldən “Çelenc Cup”da başlamağımıza gəlincə, son 3 ildə Azərbaycan 2 klubdan az olmamaqla bu yarışda iştirak edirdi. Hətta 2010/2011 mövsümündə 3 komandamız turnirə qatılmışdı ki, həmin “3-lük”dən 2-si - “Azərreyl” və “Lokomotiv” artıq Çempionlar Liqası səviyyəsinə yüksələrək, “Rabitə”yə qoşulub.
“Çelenc Cup”da indiyə qədər 6 klubla qüvvəsini sınayan Super Liqamızı daha çox “Lokomotiv” təmsil edib. “Dəmiryolçular” 3 dəfə bu yarışda güclərini sınayıblar. Klublarımızın ən böyük uğuru isə son 2 mövsümdə qeydə alınıb ki, hər 2 halda finalda Azərbaycan derbisi yaşanıb. Əvvəl “Azərreyl” “Lokomotiv”i məğlub edib, ardınca sonuncular “Bakı”ya qalib gələrək kuboka sahib olub.
Avrokuboklara “Çelenc Cup”dan başlayan Azərbaycan klubları
1990/1991 – BMKZ
1991/1992 – BMKZ
2008/2009 – “Rabitə”
2009/2010 – “Lokomotiv”, “İqtisadçı”
2010/2011 – “Azərreyl”, “Lokomotiv”, “İqtisadçı”
2011/2012 – “Lokomotiv”, “Bakı”
Qeyd: bu turnir 1980-cı ildən 2007-yə qədər CEV kuboku, o vaxtdan isə “Çelenc Cup” adlanır.
Tahir HÜMMƏTOV

0
0