“Azərreyl”ə transfer olundu, yığmadan kənar qaldı
08.06.2012 - 09:36
“Azərreyl”ə transfer olundu, yığmadan kənar qaldı
Qadın voleybolçulardan ibarət Yaponiya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qran-pri üçün müəyyənləşən siyahıya “Azərreyl”in yeni transferi Akiko İnonun adı salınmayıb.

Baş məşqçi təcrübəli liberonun əvəzinə heyətə Kotoki Zayasunu daxil edib. Komandada digər libero isə “İqtisadçı” ilə Super Liqanın bürünc medalını qazanan və 2 mövsüm bu klubda çıxış edən Yuko Sanodur.

Qeyd edək ki, 2006-cı ildən millisinin şərəfini qoruyan İnonun London-2012-yə də aparılmayacağı gözlənilir.