Azərbaycan klublarından ABŞ millisinə
08.06.2012 - 09:52
Qadın voleybolçulardan ibarət ABŞ yığmasının yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Makkatçon Qran-pri turniri üçün müəyyənləşdirdiyi siyahıda “azərbaycanlılar”ın sayını azaldıb.
Belə ki, təcrübəli mütəxəssis “Rabitə”nin və “Azərreyl”in yeni transferi müvafiq olaraq, Foluke Akinradevo və Meqan Hodja şans verib. O, həmçinin son 2 ildə “İqtisadçı”da çıxış edən, 2012/2013 mövsümündə burada oynayıb-oynamayacağı dəqiqləşməyən Tayyubu Xaneef-Parkı da “12-liyə” daxil edib.
Qeyd edək ki, Makkatçon bundan öncə yığmaya “Azərreyl”in sabiq voleybolçuları Hizer Erin Brunla Tamas Cenefferi, “Lokomotiv”lə vidalaşması gözlənilən Nansi Metkalfı və “Rabitə” ilə Azərbaycan çempionu olan Kimberli Qlassı çağırsa da, bu dəfə onlara ehtiyac duymayıb.

0
0