“Qrupda ikinci yer uğrunda əsas rəqiblərimizdən biri Azərbaycandır”
08.06.2012 - 10:23
Bolqarıstan yığmasının basketbolçusu Deyan İvanov Avro-2013-də şanslarını dəyərləndirib. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu millilərinin ikinci ola biləcəyini açıqlayıb.
Baş məşqçi Razen Barçovskinin təlim-məşq toplanışına çağırmadığı İvanov ilk pillədə Almaniya yığmasının qərarlaşacağını deyib. O, ikinci yer uğrunda rəqibləri sırasında Azərbaycan basketbolçularının da olduğunu bildirib: “Yığmamız qrupda ikinci yer uğrunda mübarizə aparacaq. Bu mübarizədə əsas rəqiblərimiz Lüksemburq, İsveç və Azərbaycan milliləridir”.
Qeyd edək ki, Azərbaycan – Bolqarıstan oyunu avqustun 18-də olacaq.

0
0