“Pınar Karşıyaka” Azərbaycandan mütəxəssisə elçi düşdü - FOTO
08.06.2012 - 14:03
Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli baş meneceri Ləvənt Türknas vətənindən təklif alıb. Apasport.az saytının məlumatına görə, “Pınar Karşıyaka” klubu gənc mütəxəssisi rəhbərlikdə görməkdə israrlıdır.
Belə ki, Nihat Mala ilə yeni müqavilə imzalamayan İzmir təmsilçisi baş menecer postuna məhz yetirməsi olduğu Türknasın gətirilməsini qərara alıb. Türkiyəli həmkarlarımızın yazdıqlarına əsasən artıq İzmirə yollanan baş menecerimiz rəhbərliklə görüşüb və təklifə çox müsbət baxır. O, bir neçə günə yekun qərarını verəcək.
Qeyd edək ki, Ləvənt 3 il ölkəmizdə basketbol oynadıqdan sonra 2010-cu ildən ABF-da çalışır.

0
0