“Türkiyə klubundan aldığım təkliflə bağlı qərar verməmişəm”
08.06.2012 - 14:24
“Türkiyə klubundan aldığım təkliflə bağlı qərar verməmişəm”
“Mən Azərbaycandayam, Türkiyəyə getməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan Basketbol Federasiyasının baş meneceri Ləvənt Türknas deyib.

O, Türkiyənin “Pınar Karşıyaka” klubundan təklif almağına münasibət bildirib: “Bəli, bu komanda mənə təklif göndərib. Lakin onlarla Türkiyəyə yollanaraq deyil, Bakıdan telefonla danmışmışıq. Aldığım təklifə isə heç bir yekun qərar verməmişəm. Çünki qarşıda Azərbaycan yığmasını Avropa çempionatının qrup mərhələsində oyunları var. “Pınar Karşıyaka”nın baş menecerliyini həyata keçirməyimlə bağlı hər hansı qərar olsa da, bu həmin matçlardan sonra verilə bilər. Lakin həmin halda da Azərbaycanda işimi davam etdirəcəyəm”.

Türknasın sözlərinə görə, millimizlə birgə Türkiyəyə yollanarkən İzmir komandasının rəhbərliyi ilə bir daha fikir mübadiləsi aparacaq: “Yığma İstanbula təlim-məşq toplanışına gedərkən mən də orada olacağam. Burada isə onlarla bir daha danışıq aparacağam. Amma bir daha bildirirəm ki, mən heç bir qərar verməmişəm”.

Qeyd edək ki, “Pınar Karşıyaka” Ləvənti baş menecer postunda görməkdə israrlıdır.