Yalnız "apasport"da: Bakı klubu 10 üzvündən imtina etdi
11.06.2012 - 23:01
“Lokomotiv”i tərk edəcək voleybolçuların adları məlum olub. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə Çempionlar Liqasında oynayacaq “dəmiryolçular”ın imtina etdiyi oyunçuların sayı açıqlanıb. Onlar ötən ilki heyətdən 10 oyunçu ilə anlaşmanın müddətini artırmayıblar.
Belə ki, yeni baş məşqçi Pyotr Xilko həmyerliləri Vera Klimoviçlə Olqa Palçevskaya (hər ikisi Belarus), Aleksandra Samoylova (Rusiya) və Mariya Filipova (Bolqarıstan) ilə yeni müqavilə imzalanmasına razılıq verib. “Lokomotiv”in digər yeni transferi isə braziliyalı Ju Kostadır.
Sabiq çalışdırıcı Draqutin Baltiçin Super Liqada gümüş, “Çelenc Cup”da qızıl medal qazandırdığı komandasından Marta Sançez Salfran (Kuba), Anna Farhi (İsrail), Alişa Tomas, Nansi Metkalf (hər ikisi ABŞ), Lusia Qaido (Argentina), İvana Milos (Xorvatiya), Kremena Kamenova və Diana Nenova (hər ikisi Bolqarıstan) isə artıq özlərinə yeni iş yeri tapmalıdırlar.
Qeyd edək ki, Azərbaycan milli komandasının voleybolçusu Yelena Parxomenkonun məsələsi hələ açıq qalıb. Son mövsümdə zədə səbəbindən “Lokomotiv Biləcəri”də oynayan, pley-offda “Lokomotiv”ə kömək edən Lena çox güman yeni ildən yeni klubda mübarizə aparacaq. “Dəmiryolçular”ın 10-cu oyunçusu Mariya Veronika Qomes (Venesuela) isə mövsümün gedişində zəhərlənərək, dünyasını dəyişmişdi.

0
0