Millimizin oyunçusu türk klubu ilə müqavilə imzaladı
11.06.2012 - 23:03
Azərbaycan millisinin basketbolçusu Orxan Aydın karyerasını “Aliağa Petkim”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, ötən mövsümün gedişində İzmir təmsilçisinə icarəyə verilən 21 yaşlı həmyerlimiz bu klubla rəsmi müqaviləyə imza atıb.
O, “Aliağa Petkim”lə 1 illiyə anlaşıb. “Aliağa Petkim”in Türkiyə çempionatında tarixində ilk dəfə pley-offa çıxmasında böyük pay sahibi olan Aydınla yanaşı, baş məşqçi Burak Bıyıktay, basketbolçular Ümit Sonkol, Markus Arnold və Melih Yıldızla müqavilə uzadılıb.
Qeyd edək ki, Orxanın yığmamızda Avropa çempionatında debüt edəcəyi gözlənilir.

0
0