Valeriya Korotenko “Azərreyl”dən ayrılır
12.06.2012 - 11:09
Azərbaycan millisinin voleybolçusu Valeriya Korotenkonun karyerasını “Azərreyl”də davam etdirəcəyi sual altına düşüb. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular”ın libero Luna Karokkini transfer etməsi son 3 mövsümü Bakı təmsilçisində oynayan 29 yaşlı həmyerlimizin gedişini qaçılmaz edib.
Belə ki, İtaliya millisinin voleybolçusunun “Azərreyl”lə anlaşması nəticəsində komandada liberoların sayı 3-ə çatıb ki, bunlardan da biri artıqdır. Yəni, hər klubda 2 “bəstəboy”un olduğunu nəzərə alsaq, yığmamızın üzvü özünə yeni iş yeri tapmalıdır.
Çünki Karokkidən öncə yaponiyalı Akiko İno ilə razılığa gələn “Azərreyl” üçün “ofsayd”da qalan məhz Valeriyadır. Korotenkodan fərqli, hər 2 legioner yeni baş məşqçi Alessandro Çiappininin istəyi ilə transfer olunub.
Qeyd edək ki, Valeriya 2009-cu ildə “Azərreyl”ə “Fənərbaxça”dan transfer olunmuşdu. Onun yenidən Türkiyəyə getməsi istisna deyil. Həmyerlimizin Fransa və Rusiya klublarında oynayacağı da gözləniləndir.

0
0