Türkiyəni Azərbaycandan üstün tutdu - FOTO
18.06.2012 - 09:17
Türkiyəni Azərbaycandan üstün tutdu - FOTO
Braziliya millisinin voleybolçusu Paula Pequenonun Azərbaycan klublarına transferi alınmayıb. Apasport.az saytının məlumatına görə, Super Liqa ilə yanaşı, Rusiya, Polşa və Türkiyədən təklif alan 30 yaşlı Olimpiya çempionu seçimini sonuncuların xeyrinə edib.

O, “Fənərbaxça” ilə rəsmi müqaviləyə imza atıb. Paula növbəti 1 ildə Çempionlar Liqasının son qalibi olan istanbulluların şərəfini qoruyacaq.