Türkiyə klubu Azərbaycandan dəvət etdiyi mütəxəssislə bu gün müqavilə bağlayır
18.06.2012 - 12:15
Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli baş meneceri Ləvənt Türknas vətənindən aldığı təklifi dəyərləndirib. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən ABF-də çalışan gənc mütəxəssis “Pınar Karşıyaka” klubunda da eyni vəzifəni həyata keçirəcək.
İzmir təmsilçisinin prezidenti Cihan Büyükoral bildirib ki, artıq Türknasla danışıqlar müsbət yekunlaşıb və o, bu gün rəsmi müqaviləyə imza atacaq: “Komandamızın yeni baş məşqçisi ilə bağlı Türknasın basketbol şöbəmizin məsul şəxsi Mutlu Altuğla danışıqları gedir. Onlar klubumuzu çalışdıracaq 3 namizədlə danışıqlar apararaq, seçimlərini edəcəklər”.
Qeyd edək ki, Ləvənt 3 il ölkəmizdə basketbol oynadıqdan sonra ABF-da çalışmağa başlayıb.

0
0