“Bakıya voleybolçuların axını yüksək maliyyə şərtləri ilə bağlıdır” - MÜSAHİBƏ
18.06.2012 - 15:32
“Bakıya voleybolçuların axını yüksək maliyyə şərtləri ilə bağlıdır” - MÜSAHİBƏ
“Bakı”nın sabiq voleybolçusu Rafaella Kalloni İtaliya mətbuatına növbəti müsahibəsini verib. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı klubu ilə “Çelenc Cup”ın finalında oynayan və Super Liqanın bürünc medalını qazanan İtaliya millisinin üzvü yenə ölkəmizdən söz salıb. 2012/2013 mövsümündən vətənində “Konegliano”nun şərəfini qoruyacaq Kalloni “Bakı”nı yaddan çıxarmayacağını deyib.

- Ötən mövsümü Bakıda keçirdiniz. Bu yaxşı mövsüm oldu. Siz nəyə görə İtaliyadan gedib, Azərbaycanda oynamağa qərar verdiniz?
- Niyə belə seçim etdiyimi demək çətindir. Ancaq fikrimcə bunun çox səbəbləri var. İlk növbədə dəyişiklik etmək istəyirdim. Qarşıma yeni məqsəd qoydum və bilirdim ki, yeni reallıqla qarşılaşacağam.

- Azərbaycan Super Liqasına necə təsvir edərdiniz?
- Onu deyə bilərəm ki, bir neçə ildir güclənib və yalnız 7 komanda çıxış edir. Onlardan beşinin çox yaxşı voleybol səviyyəsi var. Ölkəyə gəlincə, paytaxt Bakı gözəl şəhərdir. Azərbaycan xalqı həqiqətən çox xoş insanlardır.

- Mövsüm barədə nə düşünürsüz? Sizin üçün yaxşı alındımı? Çünki orada çempionatın bürünc, “Çelenc Cup”ın gümüş medalını qazandınız...
- Bəli, bu həm mənim, həm də komandam üçün çox yaxşı mövsüm oldu. Yalnız ona təəssüf edirəm ki, “Çelenc Cup”ın finalında uduzaraq, çempion ola bilmədik.

- Sizcə Azərbaycan Super Liqası İtaliya A Seriyasından yaxşıdır?
- İndi İtaliya liqası güclüdür. Ancaq fikrimcə, Azərbaycan çempionatı da yaxın illərdə daha yaxşı səviyyədə olacaq.

- Sizcə, Azərbaycana voleybolçuların axınının səbəb nədir?
- Fikrimcə, bu, ilk növbədə yüksək maliyyə şərtləri ilə bağlıdır. İkincisi, Azərbaycan həqiqətən gözəl insanları olan yaxşı ölkədir.

- Siz həm Ancelo Vercesi, həm də Marçello Abbondanzanın rəhbərliyi altında oynamısız. Onlardan hansı daha güclü məşqçidir və bu mütəxəssisləri necə qiymətləndirərsiz?
- Kimin daha güclü olduğunu demək olmaz. Çünki onlar tam fərqli və yaxşı mütəxəssislərdir. Marçello texniki, Ancelo isə emosionallığı baxımından güclüdür.

- Qarşıdakı planlarınız necədir?
- Bildiyiniz kimi, İtaliyaya qayıtmağa qərar vermişəm. Növbəti mövsümdə “Konegliano”da çıxış edəcəyəm. Babamın doğulduğu yerə böyük layihələri həyata keçirmək üçün qayıtmışam.