“Azərreyl”: 12-si getdi, 4-ü qaldı
18.06.2012 - 16:14
“Azərreyl”dən ayrılacaq voleybolçuların adlarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən baş məşqçi Faiq Qarayevi əvəzləyəcək italiyalı mütəxəssis Alessandro Çiappini ötən ilki heyətdən 4 oyunçunu saxlamağa qərar verib.
Belə ki, Anna Qrbaç (Xorvatiya), Luna Karokki (İtaliya), Yeon Kinq Kim (Cənubi Koreya), Debbi Stam, Manon Flier, Karolina Vensink (hər üçü Hollandiya), Akiko İno (Yaponiya), Milena Radeçka (Polşa) və Meqan Hodju (ABŞ) transfer edən “dəmiryolçular” Oksana Parxomenko, Polina Rəhimova (hər ikisi Azərbaycan), Sara Anzanello (İtaliya) və Ceniffer Tamasla (ABŞ) yollarını davam etdirəcək. Lakin Azərbaycan millisinin voleybolçuları zədəli olduqları üçün hazırlığa gec qoşulacaqlar.
Çiappini “Azərreyl”lə müqaviləsi bitən 12 oyunuçunu - Valeriya Korotenko, Aynur Kərimova, Oksana Kiselyova, Dərya Zamanova, Odina Əliyeva, Anastasiya Qurbanova (hamısı Azərbaycan), Paulino De Souza Pereyra (Braziliya), Pelin Çelik (Türkiyə), Karolina Kosek (Polşa), Nutsara Tomkom (Tailand), Hizer Erin Brun (ABŞ) və Oksana Kovalçuku (Belarus) komandada görmək istəməyib.
Artıq onlardan Brun “Dinamo” (Rusiya, Kazan), Kosek isə “Yeşilyurt”la (Türkiyə) anlaşıb və 1 illik müqaviləyə imza atıblar.
Qeyd edək ki, ötən mövsüm Çempionlar Liqasının 1/4 finalında uduzan “Azərreyl” Super Liqanı 5-ci yerdə bitirib.

0
0