Ləvənt Türknasın “Pınar Karşıyaka”ya keçidi rəsmiləşdi
19.06.2012 - 13:01
Azərbaycan Basketbol Federasiyasının (ABF) türkiyəli baş meneceri Ləvənt Türknas karyerasını vətənində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən ABF-də çalışan mütəxəssis “Pınar Karşıyaka” klubunda da eyni vəzifəni həyata keçirəcək.
O, artıq İzmir təmsilçisi ilə rəsmi müqaviləyə imza atıb. Türknas keçidinə münasibət bildirərkən Türkiyəyə döndüyü üçün çox sevincli olduğunu deyib: “Doğma məkanıma qayıtdığım üçün çox xoşbəxtəm. “Pınar Karşıyaka”dan dəvət gələrkən onu dərhal qəbul etdim. Bu klubda çalışmaq mənim üçün məsuliyyətli vəzifədir”.
Qeyd edək ki, karyerasına “Pınar Karşıyaka”da başlayan Ləvənt 3 il ölkəmizdə basketbol oynadıqdan sonra ABF-da işləyirdi.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0