Millimiz Əlcəzairlə oynayacaq
19.06.2012 - 13:56
Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlaşan kişi basketbolçulardan ibarət Azərbaycan milli komandası sabah Türkiyəyə yollanacaq. Apasport.az saytının məlumatına görə, Elxan Əliyevin yetirmələri İstanbulda 15 günlük təlim-məşq toplanışı keçəcəklər.
Millimiz hazırlıq dövründə 3 rəqiblə oynamağı da planlaşdırır. Artıq komandalardan birinin adına aydınlıq gəlib. Belə ki, yığmamız iyunun 26-da və 27-də Əlcəzair millisi ilə 2 yoxlama matçı keçirəcək. Basketbolçularımız bu görüşün ardınca daha 2 qarşılaşmada gücünü yoxlayacaq. Rəqiblərin adı hələ müəyyənləşməsə də, növbəti matçın iyunun 29-da və ya 30-da baş tutması gözlənilir.
Amerikalı legionerlərimiz istisna olmaqla, bütün basketbolçularımız hazırlıqlarda iştirak edəcəklər.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0