“Samsunspor” Bakıya gəlir
20.06.2012 - 16:15
“İnter” klubu Beynəlxalq Bankın 20 illiyinə həsr olunmuş beynəlxalq turnir keçirəcək. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarış iyunun 25-də başlayacaq və 5 gün davam edəcək.
Turnirdə təvəllüdü 1999-cu il olan futbolçulardan təşkil olunmuş U-13 komandalar mübarizə aparacaq. Yarışa 8 klub qatılacaq. Bunlar ev sahibi “İnter”, Türkiyənin “Samsunspor”, Rusiyanın “Rubin” (Kazan), Gürcüstanın “Dinamo” (Tiflis), Ukraynanın “Karpatı”, İsveçin “Brommapojkarna”, Estoniyanın “Kotkas” və Bolqarıstanın “Slaviya” (Sofiya) klublarıdır.
Qeyd edək ki, yarışın bütün oyunları “Dalğa Arena” stadionunda baş tutacaq.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0