“Xəzər Lənkəran” Estoniyaya çarter reysi ilə yollanacaq
26.06.2012 - 13:38
“Xəzər Lənkəran” Estoniyaya çarter reysi ilə yollanacaq
“Xəzər Lənkəran” Avroliqanın ilk təsnifat mərhələsində cavab oyununu keçirəcəyi Estoniyaya çarter reysi ilə yollanacaq. Apasport.az saytının məlumatına görə, cənublular bu ölkənin “Nomme Kalyu” klubu ilə təkrar matçına iyulun 7-də yollanacaq. Komandalar arasında ilk oyun iyulun 5-də Lənkəranda keçiriləcək. UEFA cavab oyununun vaxtını iyulun 12-dən 10-a dəyişdirdiyindən, “Xəzər Lənkəran” səfərə daha tez çıxaraq, hazırlığı orada keçirəcək.

Qeyd edək ki, iyulun 5-dən Avstriyada təlim-məşq toplanışında olan Lənkəran təmsilçisi 29-da Vətənə dönəcək.