Bakı klublarının Çempionlar Liqasında gözlədiyi tarix
27.06.2012 - 18:16
Qadın voleybolçular arasında Çempionlar Liqasının başlama tarixi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının “Rabitə”, “Lokomotiv” və “Azərreyl” klublarının mübarizə aparacağı yarış oktyabrın 22-də start götürəcək.
7 həftə davam edəcək qrup mərhələsinin oyunlarından sonra dekabrın 12-də fasilə yaranacaq. Pley-off mərhələsi isə yanvarın 14-da başlayacaq və fevralın 15-də yekunlaşacaq.
Qalibi müəyyənləşdirəcək “Dördlər finalı” martın 8-11-də baş tutacaq.
Qeyd edək ki, 24 klubun qüvvəsini sınayacağı Çempionlar Liqasının püşkü iyunun 29-da atılacaq.

0
0