Sabah Çempionlar Liqasında klublarımızın rəqibləri bilinəcək
28.06.2012 - 18:38
Sabah Çempionlar Liqasında klublarımızın rəqibləri bilinəcək
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının 2012/2013 mövsümünün püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutacaq tədbirdə Bakının “Rabitə”, “Lokomotiv” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşəcək.

Püşkatmanın nəticəsinə əsasən 24 komanda 6 qrupa bölünəcək. Bu klublar aşağıdakılardır:

Çempionlar Liqasının iştirakçıları

“Rabitə” (Azərbaycan), “Kann”, “Myulhaus” (hər ikisi Fransa), “Şveriner” (Almaniya), “Yamamay”, “Villa Kortese” (hər ikisi İtaliya), “Atom”, “Tauron” (hər ikisi Polşa), “Tomis” (Rumıniya), “Dinamo” (Kazan), “Dinamo” (Moskva), “Uraloçka” (hər üçü Rusiya), “Srvena Zvezda” (Serbiya), “Əczaçıbaşı” və “Vakıfbank” (hər ikisi Türkiyə).

“Wild card” alanlar

“Azərreyl”, “Lokomotiv” (hər ikisi Azərbaycan), “Agel” (Çexiya), “Dresdner” (Almaniya), “Urbino” (İtaliya), “Bank Fakro” (Polşa), “Dinamo-Romprest” (Rumıniya), “Volero” (İsveçrə) və “Qalatasaray” (Türkiyə).