Çempionlar Liqasında rəqiblərimiz bilindi - YENİLƏNİB
29.06.2012 - 23:06
Çempionlar Liqasında rəqiblərimiz bilindi - YENİLƏNİB
Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) 2012/2013 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Bakının “Rabitə”, “Lokomotiv” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşib.

Azərbaycan çempionu B qrupunda mübarizə aparacaq ki, buradakı rəqibləri də təmsilçimiz üçün yaxşı tanışdır. Onlardan biri ötən mövsüm analoji yarışın 1/8 finalında qalib gəldikləri “Atom”, digəri “Rabitə”nin italiyalı yeni baş məşqçisi Marçello Abbondanzanın sabiq komandası, “Dördlər finalı”nda paytaxtımıza gələn “Villa Kortese”dir. 3-cü komanda “Agel” isə analoji turnirin 2010/2011 mövsümünün I pley-off mərhələsində təmsilçimizə rəqib olub (həmin vaxt bu klub “Modranska” adlanırdı). “Rabitə” çexlərə səfərdə 2:3 hesabı ilə uduzsa da, evdə 3:0, ardınca “Qızıl set”də 15:11 hesabı ilə qalib gələrək, II pley-off mərhələsinə vəsiqə qazanıb.

Yarışa “wild card”la qatılan “Azərreyl” də tanış komandalarla oynayacaq. 2011/2012 mövsümündə “Rabitə”nın evdə və səfərdə məğlub etdiyi ““Dresdner” bu dəfə “dəmiryolçular”a rəqib olub. Alessandro Çiappinin yetirmələrinin yer aldığı qrupda dəfələrlə Azərbaycana klubları ilə oynayan “Əczaçıbaşı” da yer alıb. Bu klublarla yanaşı, “Tauron” da Bakı təmsilçisinə rəqib olub.

Çempionlar Liqasında debüt edəcək “Lokomotiv” isə Rusiya, Serbiya və Polşa komandaları ilə qüvvəsini sınayacaq.

A qrupu
“Vakıfbank” (Türkiyə)
“Kann” (Fransa)
“Volero” (İsveçrə)
“Uraloçka” (Rusiya)

B qrupu
“Villa Kortese” (İtaliya)
“Atom” (Polşa)
“RABİTƏ” (AZƏRBAYCAN)
“Agel” (Çexiya)

C qrupu
“Yamamay” (İtaliya)
“Myulhaus” (Fransa)
“Dinamo-Romprest” (Rumıniya)
“Qalatasaray”(Türkiyə)

D qrupu
“Əczaçıbaşı” (Türkiyə)
“Tauron” (Polşa)
“Dresdner” (Almaniya)
“AZƏRREYL” (AZƏRBAYCAN)

E qrupu
“Dinamo” (Kazan, Rusiya)
“Tomis” (Rumıniya)
“Şveriner” (Almaniya)
“Urbino” (İtaliya)

F qrupu
“Dinamo” (Moskva, Rusiya)
“Srvena Zvezda” (Serbiya)
LOKOMOTİV (AZƏRBAYCAN)
“Bank Fakro” (Polşa)