Azərbaycan yığması Portuqaliya və Türkiyə ilə eyni qrupda
24.07.2012 - 16:34
Qadın həndbolçular arasında 2013-cü ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Vyanada baş tutan püşkatmanın nəticəsinə əsasən Azərbaycan yığması 3 komandanın mübarizə aparacağı IV qrupda yer alıb.
Rəfiqə Şabanovanın yetirmələri final mərhələsinə yüksəlmək uğrunda Türkiyə və Portuqaliya milliləri ilə güclərini yoxlayacaq.
I qrup
Slovakiya, İsveçrə, Yunanıstan, Finlandiya
II qrup
Avstriya, Hollandiya, Sloveniya, İsrail
III qrup
Belarus, Polşa, Litva, İtaliya
IV qrup
Azərbaycan, Portuqaliya, Türkiyə
Qeyd edək ki, qrup mərhələsini 1-ci yerdə başa vuran 4 yığma pley-offa vəsiqə qazanacaq. Bu mərhələdə AVRO-2012-də fərqlənən 12 milli də onlara qoşulacaq və cütlüklər təşkil edəcək. Daha sonra qalib gələcək 8 komanda həlledici mərhələyə yüksələcək. Burada isə onları ev sahibi Serbiya və analoji yarışın son qalibi Norveç gözləyir.

0
0