“Rabitə”nin bir araya gələcəyi vaxt müəyyənləşdi
31.07.2012 - 15:12
Azərbaycan çempionu “Rabitə”nin növbəti mövsüm öncəsi hazırlıq planlarına aydınlıq gəlir. Apasport.az saytının məlumatına görə, italiyalı yeni baş məşqçi Marçelo Abbondanza voleybolçuları avqustun 22-də bir araya gətirəcək. İlk hazırlıq Bakıda keçəcək, bundan sonra isə komandanın iştirak edəcəyi turnirlər və yoxlama oyunları müəyyənləşəcək.
Qeyd edək ki, “Rabitə” növbəti mövsümdə Azərbaycan Super Liqasında, Çempionlar Liqasında və klublararası dünya çempionatında çıxış edəcək. Son illərdə dəyişməz çempionumuz olan komandanın məqsədi bu möhtəşəm turnirlərin hamısında qalib gəlməkdir.

0
0