“Bakıda gözlərim kvadrat şəklini almışdı” – MÜSAHİBƏ
23.08.2012 - 16:40
“Azəryolservis”in sabiq voleybolçusu Olqa Traç Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, milli komandalarının əsas blokçulardan sayılan idmançı Azərbaycanda çıxışını böyük şərəf adlandırıb.
Artıq Ukraynanın “Severodonçanka” klubu ilə yeni müqavilə bağlayan Traç Super Liqanın səviyyəsi, ölkəmizdə voleybolun populyarlaşması və Bakı haqda fərəhlə danışaraq, buradakı 1 ili çox yüksək qiymətləndirib.
- Necə oldu ki, dünyanın ən güclü liqalarından biri olan Azərbaycan çempionatında peyda oldunuz?
- Ötən yay Dnepropetrovskda çimərlik voleybolçuları ilə məşq edərək, formamı saxlamağa çalışa-çalışa özümə yeni komanda da axtarırdım. Həmin vaxt agentimdən yeni variantlar gözləyirdim. Avro-2011 başa çatdıqdan sonra Azərbaycana gedib, məşqçi Faiq Qarayevin komandasında oynamaq təklifi aldım. Etiraf edim ki, bu məni çox şərəfləndirdi. Oraya gedəndən sonra bir müddət gözlərim kvadrat şəklini almışdı. Çünki ətrafımda dünya səviyyəli ulduzlar məşq edirdi. Onların arasında italiyalı Sara Anzanello və amerikalı Hizer Braun var idi.
- Azərbaycana yollanmazdan öncə başqa təkliflərin vardımı?
- Daha bir Azərbaycan klubu – “İqtisadçı”ya keçidim də müzakirə olunurdu. Bundan başqa, Çempionlar Liqasında çıxış edən Çexiyanın “Agel” keçidim mümkün ola bilərdi. Lakin bu gerçəkləşmədi.
- Bəs “Azəryolservis”ə getməyib, elə “Severodonçanka”da qalmaq variantınız qalmamışdı?
- Təbii ki, qala bilərdim. Lakin əvvəlki 4 mövsümdə olduğu şərtlərlə.
- Xarici ölkədə hansı çətinliklərlə üzləşdiniz?
- Mənim üçün əsas çətinlik toppaylayıcının dəyişməsidir. Bir neçə il Avropanın ən yaxşılarından olan İrina Komissarova ilə oynadıqdan sonra onu “gözübağlı” başa düşürdüm. Azərbaycanda isə türkiyəli Pelin Çeliklə yaxşı uyğunlaşmalı idim. Bu bizdə tez alınsa da, sonradan onu “Azərreyl”ə apardılar. Buna səbəb Oksana Parxomenkonun zədələnməsi oldu. Pelinin gedişindən sonra isə biz oyun qurucusuz qaldıq.
- Sizcə Azərbaycan çempionatının səviyyəsinin artmasına səbəbi yüksək məbləğ ödəyib, ulduzları transfer etməklə bağlıdır?
- Dünyanın ən yaxşı legionerlərinin bir qisminin Azərbaycan çempionatında oynaması fikri ilə razılaşmamaq mümkün deyil. Onlar bu yolu seçiblər. Məsələn, Ukraynada uşaq voleybolunu inkişaf etdirməyin anlamı var. Azərbaycanda isə bu vəziyyət fərqlidir. Oradakı kişilər həyat yoldaşına və qızına voleybolla məşğul olmağa icazə vermirlər. Qısa şortla meydan çıxmasına razı deyillər. Buna görə də orada bu idman növünün populyarlaşmasına bahalı ulduzların gətirilməsi ilə nail olmağa çalışırlar.
- Ukrayna və Azərbaycan çempionatlarının təşkilatçılıq səviyyəsində nə qədər fərq var?
- Yerlə-göy qədər! Bütün klubların öz avtobusu var, oyunlardan öncə şəhərdə afişalar yapışdırılıb, azarkeşlər zala dəvət olunur. Matçlar zamanı kifayət qədər tamaşaçılar toplaşır. Oyunçulara isə məşq üçün hər cür şərait yaradılır.
- “Azəryolservis” siz oraya gedən il yaradıldı. Burada məqsəd nə idi?
- Sabiq klubun əsas məqsədi “Azərreyl” üçün gənc azərbaycanlı voleybolçular hazırlamaq idi. Məni isə oraya komandanı gücləndirməyə çağırmışdılar. Bizim çox mehriban kollektivimiz vardı. Bu mehribançılıq tək meydanda deyil, şəxsi həyatda da hökm sürürdü.
- Azərbaycan Super Liqasının əsasnaməsinə görə “Azəryolservis”in oyunçuları əsas komandada oynaya bilərdi?
- Bizim klubdan “Azərreyl”ə keçmək hüququ yalnız yerli, Azərbaycan pasportuna malik voleybolçulara verilirdi. Biz legionerlər isə transfer vərəqini qeydiyyatdan keçirməli idik.
- Mövsümün təxminən yarısını toppaylacı olmadan keçirsəz də, liderlərlə bəzi matçlarda oyunu 5-ci setə qədər apara bildiz. Rəqiblərə belə müqavimət göstərə bilməyinizin sirri nədə idi?
- Pelin gedəndə biz heç bilmirdik ki, necə oynayaq. Lakin gənc Şəhabət Həbibova üzərində çox çalışırdı, oyundan-oyuna artırırdı. Güclülərlə matçda ustalıq səviyyəsinin çatışmazlığını sona kimi mübarizə aparmaqla, xarakter göstərməklə kompensasiya edirdik. Faiq Qarayev hər oyundan öncə bizə deyirdi ki, “Siz oyuna çıxmalısız və döyüşməlisiz!”.
- Çempionlar Liqasında uğurlu çıxış edən “Azərreyl” ölkə çempionatının final mərhələsində uğursuzluğa düçar oldu. Faiq Qarayevin yetirmələrinin belə duruma düşməsi nə ilə bağlı idi?
- ÇL-in 1/4 finalında Kazan “Dinamo”suna məğlubiyyətdən sonra qızlar “sınmış” vəziyyətdə idilər. Üstəlik, zədə səbəindən libero Valeriya Korotenko və hücumçu Polina Rəhimova həlledici oyunlarda iştirak edə bilmirdi.
- Sizin rəqiblərinizdən olan “Lokomotiv Biləcəri” başdan-ayağa ukraynalılardan – Kulik, Dedkova, Yakimçuk, Dudnikova, Kudakova və baş məşqçi İqor Filiştinskidən ibarət komanda Azərbaycan çempionatına hansı xeyri verdi?
- Heç bilmirəm, nə deyim. Çempionat ərzində onlar cəmi 1 set uddular.
- Hansı komanda sizə daha çox çətinlik yaratdı və hansı sizin ümidlərinizi doğrultmadı?
- Azərbaycan çempionatında asan oyunlar olmur. Hətta lider istənilən vaxt xal itirə bilər. Hər voleybolçuya bu səviyyədə oynamaq xoşbəxtliyi nəsib olmur.
- Çempionlar Liqasının oyunlarına əsasən belə demək olar ki, azərbaycanlı azarkeşlər qarşılaşma zamanı möhtəşəm ab-hava yaradır. Qonaqlar üçün arzuolunmaz belə atmosfer yalnız türkiyəlilərlə müqayisə oluna bilər. Bəs Super Liqada necə?
- Əgər sən oyuna gəlim, matçı tribunadan izləyirsənsə, bu sənə dəhşətli görünə bilər. Meydanda isə tez uyğunlaşıb, dəstəyi hiss edirsən. Azərbaycandakı azarkeşlər çox emosionaldır, amma eyni zamanda çox mehribandırlar.
- Bəs voleybol Azərbaycanda nə dərəcədə maraqlıdır, nə dərəcədə populyardır? Siz voleybolçuları küçədə tanıyırlarmı?
- Son vaxtlar bu idman növü çox populyarlaşıb. Həqiqətən də küçədən keçmək çox çətindir, hətta üzdən bizi tanımayanda da yerli camaat nisbətən bəstəboy olduğundan bizim voleybolçu olduğumuzu sezirlər. Küçədə ucaboy qız görən kimi onun voleybolçu olduğunu başa düşürlər.
- Yəqin Bakıda olduğunuz vaxt məşhur “Brilyant əl” filminin 1 epizodunun çəkildiyi evin yanında olmusuz. 40 il ərzində ora çox dəyişib? Bakının başqa hansı yerləri yadınızda qalıb?
- Azərbaycan paytaxtı öz gözəlliyi ilə məni məftun etdi. Mən 2009-cu ildə orada olanda dənizkənarı park hələ tikilmək üzrə idi. Şəhər isə həmin kinodakı xatırladırdı. 3 ildə orada böyük dəyişikliklər olub. Artıq Bakı Avropa meqapolisidir. Fəvvarələr Meydanı çox xoşuma gəldi. Həmin dediyiniz məşhur küçə şəhərin köhnə hissəsindədir.
- Karyeranızı orada davam etdirmək istəmirdizmi?
- Mən çox istəyirdim ki, karyeramı Azərbaycanda davam etdirim. Lakin bu alınmadı. Faiq Qarayevlə əməkdaşlıq çox xoşuma gəlir. Bu, məşq prosesindən başlamış, maliyyə məsələlərinə qədər hər sahədə belədir.

0
0